Kesseinin qiyməti 35 milyon avrodu
18.06.2023 - 01:43
Kesseinin qiyməti 35 milyon avrodu

“Barselona” komandadan ayrılacaq Frank Kessei üçün transfer qiyməti müəyyənləşdirib.

Apasport.az-ın məlumatına görə, Kataloniya klubu futbolçunu 35 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Komandada cəmi bir mövsüm keçirən Kessei ümidləri doğrultmayıb. Təcrübəli yarımmüdafiəçi bütün turnirlərdə 43 oyun keçirib. O, bu görüşlərdə üç və üç ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, əvvəllər “Milan”da oynayan Frank ilə şəhərin digər təmsilçisi “İnter” maraqlanır.
 

writer photo
Əlirza Əlirzalı
0