Keyn fikrindən döndü
08.08.2023 - 15:50
Keyn fikrindən döndü

İngiltərə millisinin futbolçusu Harri Keyn gələcək karyerası ilə bağlı fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu kapitanı olduğu “Tottenhem”də qalmağa qərar verib.

Bir müddət əvvələdək daha iddialı kluba keçmək istəyən Keyn London klubundakı çıxışını davam etdirmək fikrindədir. Baş məşqçi Angelos Postekoğlunun fəlsəfəsi forvardı razı salıb.

Qeyd edək ki, Keynin indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0