Keyn hamını qabaqladı
06.11.2023 - 13:23
Keyn hamını qabaqladı

"Bavariya"nın hücumçusu Harri Keyn Dortmund "Borussiya"sı ilə matçda 3 qol vurub.

Apasport.az xəbər verir ki, ingilis forvard Münhen klubundakı qol sayını 16-ya çatdırıb.

Keyn ümumilikdə "Bavariya”nın heyətində 14 matçda “qol+ötürmə” sistemi ilə 23 dəfə fərqlənib. O, bu mövsüm bu göstəricilərlə komandanın ən yaxşısıdır.

Qeyd edək ki, onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonunda bitir.

writer photo
Əlirza Əlirzalı
0