Kimmix sıradan çıxdı
13.09.2023 - 18:35
Kimmix sıradan çıxdı

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix zədələnib.

Apasport.az saytı xəbər verir ki, 28 yaşlı alman milli komandanın heyətində Yaponiyaya 1:4 hesabı ilə uduzduqları matçda sıradan çıxıb.

Omba nahiyəsindən zədə alan oyunçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Həkimlər futbolçunu təkrar müayinə etdikdən sonra zədənin vəziyyətinə tam aydınlıq gələcək.

Qeyd edək ki, bu mövsüm 3 matçda meydana çıxan Coşua 2 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0