Kimmixdən “Bavariya” qərarı
23.05.2023 - 00:04
Kimmixdən “Bavariya” qərarı

“Bavariya”nın futbolçusu Yozua Kimmix gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə,  28 yaşlı yarımmüdafiəçi Almaniya klubunda qalmaq fikrindədir.

“Barselona”nın transfer siyahısında olan Kimmix heç bir təklifi nəzərdən keçirməyəcək. O, “Bavariya” ilə müqaviləsinin uzadılması barədə danışıqlar aparır.

Qeyd edək ki, yarımmüdafiəçinin indiki anlaşması 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0