Kolo Ture Çempionşipdə
19.11.2022 - 10:22
Kolo Ture Çempionşipdə

“Liverpul” və “Arsenal”ın sabiq futbolçusu Kolo Turenin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahilindən olan futbol veteranı “Uiqan”ın baş məşqçisi təyin ediləcək.

Çempionşip təmsilçisinin rəhbəri Talal Al-Hammad ilkin razılıq əldə olunan 41 yaşlı mütəxəssislə danışıqları yekunlaşdırmaq üçün Londona yollanıb. “Uiqan” bir neçə gün əvvəl Kolonun qardaşı Yayanı baş məşqçi gətirmək istəsə də, sonuncu imtina edib.

2017-ci ilin sentyabrında karyerasını başa vuran Kolo “Seltik”də Brendan Rocerin köməkçilərindən olub. 2019-cu ildə onunla birlikdə “Lester”ə keçib.

Qeyd edək ki, “Uiqan” 8 oyunluq qələbəsizlikdən sonra Liam Riçardsonu istefaya göndərib.
 

writer photo
Əlirza Əlirzalı
0