Kolumbiya millisinin üzvü "Kristal Palas"da
30.01.2024 - 14:58
Kolumbiya millisinin üzvü "Kristal Palas"da

"Kristal Palas" heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Genk"in müdafiəçisi Daniel Munosu transfer edib. 

Kolumbiya millisinin də şərəfini qoruyan futbolçu 2027-ci ilin yayına qədər “Kristal Palas”ın şərəfini qoruyacaq. İddialara görə, ingilislər bu transfer qarşılığında Belçika təmsilçisinə 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu mövsüm 32 matçda iştirak edən 27 yaşlı Munoz 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0