Konfrans Liqasında 2024/25 mövsümünə start verilib
11.07.2024 - 01:19
Konfrans Liqasında 2024/25 mövsümünə start verilib

Bu gün Konfrans Liqasında 2024/25 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyunları iki matçla başlayıb.

Günün qarşılaşmaları Bosniya və Herseqovina ilə Latviyada baş tutub. “Velej” öz meydanında “Eskaldes”lə heç-heçəyə razı olub. "Auda" isə 2:0 hesabı ilə qalib gəlib.

Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları iyulun 18-də keçiriləcək.

Konfrans Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
10 iyul

22:00. “Velej” – “Eskaldes” - 1:1
23:00. “Auda” – B-36 - 2:0

writer photo
Əlirza Əlirzalı
0