Koutinyo Qətər klubu ilə razılığa gəldi
26.08.2023 - 14:33
Koutinyo Qətər klubu ilə razılığa gəldi

“Aston Villa”nın futbolçusu Filippe Koutinyo karyerasını Qətərdə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi “Əl-Duhail”ə keçidə razılıq verib.

31 yaşlı vinger şəxsi müqaviləsini razılaşdırıb. Onun transferi iki klub arasında danışıqlardan asılıdır.

Qeyd edək ki, ötən mövsüm 22 matça çıxan Koutinyo 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0