Kovaçiç “Mançester Siti”yə gedir
21.06.2023 - 01:49
Kovaçiç “Mançester Siti”yə gedir

İngiltərə çempionu “Mançester Siti” Mateo Kovaçiçlə müqavilə bağlamağa yaxındır.

Apasport.az saytı xəbər verir ki, “Çelsi” xorvatiyalı yarımmüdafiəçinin danışıqlar aparmasına icazə verib.

“Şəhərlilər” təcrübəli futbolçu üçün qarşı tərəfə 25 milyon avro təklif ediblər. London klubu isə 30 milyon qazanmaq tərəfdarıdır. Kovaçiçin “Mançester Siti”də oynamaq istəyini klub rəhbərliyinə bildirməsi londonluları güzəşt etməyə məcbur edə bilər.

Qeyd edək ki, Kovaçiç 2019-cu ildən “Çelsi”də çıxış edir və komanda ilə bir illik müqaviləsi var.
 

writer photo
Əlirza Əlirzalı
0