Kriştiano Ronaldoya İngiltərədən elçi
27.12.2023 - 22:10
Kriştiano Ronaldoya İngiltərədən elçi

"Arsenal" hücum xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, "topçular"ın çalışdırıcısı Mikel Arteta "Əl-Nəsr"in portuqaliyalı forvardı Kriştiano Ronaldonu komandada görmək istəyir.

"Arsenal" rəhbərliyi "Əl-Nəsr"lə danışıqlar aparıb, 38 yaşlı futbolçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir. Kriştiano ötən il “Mançester Yunayted”də 18 ay qaldıqdan sonra “Mançester Yunayted”dən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0