Santos: “Sabah”ın vurduğu qolda qapıçımıza kobudluq vardı” - MÜSAHİBƏ
04.04.2023 - 17:07
Santos: “Sabah”ın vurduğu qolda qapıçımıza kobudluq vardı” - MÜSAHİBƏ

“Qəbələ”nin futbolçusu Felipe Santosun apasport.az saytına müsahibəsi 

- Premyer Liqanın hesabat turunda “Sabah”la görüşdə qələbəyə çox yaxın olsaz da, sonda uduzduz. Matç sizin üçün necə alındı?
- Əslində, çox yaxşı oynadıq. Uzun müddətdə hesabda üstün idik. Sadəcə, sonda şanssızlıqla uduzduq. Təbii ki, biz də qalib gəlmək istəyirdik.

- Bəs məğlubiyyətə nə səbəb oldu?
- Bu nəticəni qəbul etmək, necə olduğunu mənimsəmək çətindir. Çünki 86 dəqiqə mükəmməl futbol oynadıq. Lakin 7 dəqiqə ərzində 2 qol buraxdıq.

- Halbuki, rəqib də son dəqiqələrdə sanki qalib gələcəyinə o qədər də çox oynamırdı, təzyiq yüksək deyildi…
- Bilirsiz, “Sabah”ın vurduğu ikinci qol zamanı qapıçımıza qarşı kobudluq olunduğu fikrindəyəm. Həmişəki kimi həmin hakim yolumuza çıxdı və bizə mane oldu. Bizim oyunumuzu idarə edən həmin referi hər matçımızda səhv edir. Artıq bu haqda danışmaq istəmirəm.

- Qalib gəlsəydiniz, hazırda turnir cədvəlinin dördüncü pilləsində olacaqdınız. Hər halda, hələ də şansınız var və qarşıdakı turda elə 4-cü pillədə qərarlaşan “Zirə” ilə oynayacaqsız. Görüşlə bağlı fikrin necədir?
- Rəqibdən asılı olmayaraq biz hər matça qələbə üçün çıxırıq. “Zirə” ilə görüşdə də bizə 3 xal lazımdır. Hər şey özümüzdən asılıdır. İstənilən halda, “Zirə” ilə görüşdə qalib gəlməyə çalışacağıq.

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsən?
- Bu, bizim həmişəki məqsədimizdir. Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Əminəm ki, biz bunun öhdəsindən gələcəyik. Şansımız var və bunu yarımçıq qoya bilmərik. Avrokubok şansı varsa, sona qədər davam etməliyik. Özümüzdən asılı məsələdir. 

- Bir müddət əvvəl Braziliyaya qayıdacağınla bağlı xəbərlər dolaşırdı. Bu nə dərəcədə realdır?
- Bu barədə bir şey bilmirəm. İndi ancaq oyunlara fokuslanmışam. “Qəbələ”nin heyətində uğurlu nəticə qazanmaq üçün mübarizə aparırıq. Amma Braziliyadan təklif almamışam.

writer photo
Əlirza Əlirzalı
0