Kroos: “Çempionlar Liqası əvəzinə Avropa Liqasına – fərq böyükdür”
31.08.2022 - 22:38
Kroos: “Çempionlar Liqası əvəzinə Avropa Liqasına – fərq böyükdür”

“Kazemironun “Mançester Yunayted”ə keçmək qərarı məni təəccübləndirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Real”ın futbolçusu Toni Kroos deyib.

O, sabiq komanda yoldaşı Kazemironun İspaniya nəhəngindən “Mançester Yunayted”ə keçidinə münasibət bildirib: “Kazemiro özü üçün yeni olanı sınamaq istədi. Onun 30 yaşı var və bilir ki, 2-3 il sonra belə imkan olmayacaq. İndi yeni addım üçün yaxşı yaşdadır. Görünür ki, bunu avantüra üçün son şans hesab edib. Məlumatlar yayılanda inanmırdım və şayiə sayırdım”.

Kross braziliyalının Çempionlar Liqası deyil, Avropa Liqasında oynayacağına da biganə qalmayıb: “Kazemironun gedişi mənim üçün sürpriz oldu. Çempionlar Liqası əvəzinə Avropa Liqasına – fərq böyükdür”.
 

writer photo
Əlirza Əlirzalı
0