Kuadradodan ərəb təklifinə imtina
14.07.2023 - 23:29
Kuadradodan ərəb təklifinə imtina

“Yuventus”la müqaviləsi başa çatan Xuan Kuadrado yeni variantları nəzərdən keçirir.

Apasport.az-ın məlumatına görə, kolumbiyalı futbolçu Səudiyyə Ərəbistanından təklif alıb. 

“Əl-Şabab” Kuadrado ilə ili 8 milyon avro olmaqla iki illik müqavilə bağlamaq niyyətindədir. Amma ərəblərin təklifi 35 yaşlı yarımmüdafiəçini razı salmayıb. O, illik 15 milyon avro maaş qazanmaq arzusundadır. 

Qeyd edək ki, Xuan ötən mövsümdə “Yuventus”un heyətində 47 oyunda meydana çıxıb. O, bu görüşlərdə iki qol və dörd ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0