Kurtua hamını qabaqladı
05.01.2023 - 09:39
Kurtua hamını qabaqladı

2022-ci ilin ən yaxşı qapıçısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in səsverməsində Tibo Kurtua qalib gəlib.

Belçika millisinin və “Real”ın qapıçısı 125 xal toplayıb. İkinci yeri Emiliano Martines tutub. Argentina yığmasının və “Aston Villa”nın qapıçısı 110 xal yığıb.

Mərakeşli Yassin Buno üçüncü olub. “Sevilya”nın əlcək sahibi 55 xalla kifayətlənib.
 

writer photo
Əlirza Əlirzalı
0