Kurtuanın durumuna aydınlıq gəlib
24.10.2024 - 20:57
"Real"ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, belçikalı qolkiper "El Klassiko"da iştirak etməyəcək.
Çempionlar Liqasının 3-cü turunda "Borussiya" (Dortmund) ilə görüşdə zədələnən Tibo 3-4 həftə qapını qoruya bilməyəcək. Bu mövsümdə 12 oyunda forma geyinən Kurtua bunların 4-də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması İspaniya La Liqasının 11-ci turu çərçivəsində oktyabrın 26-da keçiriləcək.
- Azərbaycan minifutbol çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib
- AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələdi
- “Fənərbaxça”ya Fransadan rəqib
- Tələsirdi... Sanki hiss edirdi... – Tahir Süleymanov yazır
- Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
0
0