Kvaratsxelianı istəyən top-klublar – İDDİA
28.02.2023 - 22:57
Kvaratsxelianı istəyən top-klublar – İDDİA

Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxelia Avropanın top-klublarının diqqətini çəkib.

Apasport.az xəbər verir ki, bunu "CBS Sports"un jurnalisti Ben Ceykobs köşə yazısında bildirib.

O, iddia edir ki, "Mançester Siti" və "Nyukasl" Kvaratsxelianı yaxından izləyən Premyer Liqa klublarıdır. Futbolçu PSJ və Madrid "Real"ının da diqqətini çəkib. Xüsusilə Edi Hau sürətli, texnikalı və 4-3-3 sxeminə uyğun olduğu üçün Kvaratsxelianı uyğun oyunçu kimi görür.

Ancaq "Napoli" onun və nigeriyalı hücumçusu Viktor Osimhenin bu yay komandanı tərk etməsinə qətiyyən icazə vermək istəmir.

writer photo
Əlirza Əlirzalı
0