Kvaratsxeliyaya ikiqat maaş təklifi
22.10.2022 - 23:37
Kvaratsxeliyaya ikiqat maaş təklifi

“Napoli” yeni transferi Xviça Kvaratsxeliyanı uzun müddət heyətdə saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 21 yaşlı forvardın nümayəndələri ilə yeni müqavilə barədə danışıqlara başlayıb.

Yeni müqavilə layihəsinə əsasən, Gürcüstan millisinin üzvü ilə hazırkı razılaşma bir il - 2028-ci ilə qədər uzadılacaq. Eyni zamanda futbolçunun maaşı indiki ilə müqayisədə ikiqat artırılacaq.

Qeyd edək ki, Xviça Kvaratsxeliya “Napoli”yə bu ilin yayında keçib. O, İtaliya klubunun heyətində bütün turnirlərdə 14 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0