La Liqa klubu baş məşqçi ilə müqavilə müddətini uzatdı
19.06.2024 - 13:35
La Liqa klubu baş məşqçi ilə müqavilə müddətini uzatdı

La Liqa təmsilçilərindən "Valensiya" baş məşqçisi ilə müqavilə müddətini uzadıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Komandanın baş məşqçisi Ruben Baraja ilə 2026-cı ilin ortalarına kimi müqavilə imzalanıb.

Xatırladaq ki, 48 yaşlı mütəxəssis 2023-cü ilin fevralından “Valensiya”ya rəhbərlik edir.

İspaniya çempionatının başa çatan mövsümündə "yarasalar” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0