La Liqa klubunda TƏYİNAT
04.04.2023 - 14:09
La Liqa klubunda TƏYİNAT

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Barselona təmsilçisini Luis Qarsiya çalışdıracaq. 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qarsiya klubun heyətində 262 oyun keçirib və 60 qol vurub. O, 2006-cı ildə “Saraqosa” ilə finalda dubl edərək İspaniya kubokunu qazanıb. 2007-ci ildə isə UEFA kubokunun finalçısı olub.

writer photo
Əlirza Əlirzalı
0