La Liqa klubunda yeni hücumçu
25.07.2023 - 16:31
La Liqa klubunda yeni hücumçu

“Real Sosyedad” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Norveç yığmasının hücumçusu Brayan Fiabema ilə müqavilə imzalayıb.

20 yaşlı forvard La Liqa təmsilçisinə azad agent kimi qoşulub. O, bunadək “Çelsi”nin formasını geyinib.

Qeyd edək ki, Fiabema ötən mövsümü icarə əsasında “Forest Qrin”də keçirib.

writer photo
Əlirza Əlirzalı
0