La Liqa tarixində 3-cü dəfə
21.10.2022 - 10:23
La Liqa tarixində 3-cü dəfə

İspaniya La Liqasının X turunda “Vilyarreal”ı qəbul edən “Barselona” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, bu görüş Kataloniya klubu üçün əlamətdar olub.

Xavinin yetirmələri çempionatın ilk 10 matçının ən azı 8-ni qol buraxmadan keçirən 4 komandadan biri kimi La Liqa tarixinə düşüb. Onlardan əvvəl “Barselona” 2011 və 2014-cü illərdə, “Atletiko” 2020-ci ildə, “Deportivo” 1993-cü ildə, “Atletik” isə 1969-cu ildə bunu bacarıb. 6 uğurlu seriyanın 3-nə məhz “Barsa” imza atıb.

Qeyd edək ki, “Barselona” hazırda 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Kataloniyalılar növbəti turda oktyabrın 23-də “Atletik”i qəbul edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0