La Liqada ayın məşqçisi seçildi
27.02.2024 - 09:31
La Liqada ayın məşqçisi seçildi

La Liqada fevral ayının ən yaxşı məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, “Atletik"in baş məşqçisi Ernesto Valverde bu ada layiq görülüb.

Bilbao təmsilçisi bu ay 60 yaşlı mütəxəssisin rəhbərliyi altında çempionatda 4 matça çıxıb. “Atletik bu matçları 2 qələbə, 1 heç heçə və 1 məğlubiyyətlə (“Malyorka” (4:0), “Jirona” (3:2), “Almeriya” (0:0) və “Betis” (1:3)) tamamlayıb.

Qeyd edək ki, ayın ən yaxşısı uğrunda mübarizədə Valverde “Barselona”dan Xavi Hernandezi və “Sevilya”nın çalışdırıcısı Kike Sançez Floresi qabaqlayıb.

writer photo
Əlirza Əlirzalı
0