Azərbaycanlı hakimə ICF-dən 3 yarış üçün ETİMAD
12.07.2024 - 22:40
Azərbaycanlı hakimə ICF-dən 3 yarış üçün ETİMAD

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının əməkdaşı Maris Pravayns Beynəlxalq Kanoe Federasiyasının (ICF) bayrağı altında keçiriləcək bir sıra nüfuzlu yarışlara beynəlxalq texniki nümayəndə (ITO) və beynəlxalq dərəcəli hakim kimi təyinat alıb.

Apasport.az xəbər verir ki, o, ICF-nin 3 müxtəlif kateqoriyalı yarışında - Kanoe Sprint, Kanoe Marafon və Stand UP Paddle board növləri üzrə turnirlərdə referilik edəcək.

Pravayns dünya və Avropa çempionatlarında hakim və texniki nümayəndə rəhbəri kimi aşağıdakı yarışlara təyinat alıb.

12-14 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “ICF Canoe Sprint Masters World Championships” turniri - baş texnik

17-21 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və 23 yaşa qədər idmançılar arasında təşkil olunacaq “Canoe Sprint World Championships” turniri – baş hakim

22-28 iyul tarixlərində Polşanın Poznan şəhərində keçiriləcək “ECA Canoe Marathon European Championships” turniri - baş hakimin köməkçisi

Qeyd edək ki, Pravayns Mingəçevir və Suqovuşanda hər il keçirilən “Prezident kuboku” və “Mingəçevir reqatası” beynəlxalq turnirlərində yarışın texniki rəhbəri vəzifəsini icra etməklə yanaşı, yerli hakimlər üçün təlimlər təşkil edib.

writer photo
Əlirza Əlirzalı
0