"Qarabağ" futbolçusu Marko Veşoviçə yeni müqavilə təklif edəcək.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.
Avropa Liqasının “Olimpiakos”la sabah keçiriləcək görüşünə həsr olunan mətbuat konfransına qatılan 50 yaşlı mütəxəssis monteneqrolu legionerin Rusiya klublarının maraqlanmasına münasibət bildirib: "Bu, normaldır. Dəfələrlə belə hal yaşanıb. Çox futbolçumuza təkliflər olub. Veşoviçin bizimlə müqaviləsi var. Yeni sözləşmə qarşıdakı aylarda müzakirə ediləcək. Narahat olacaq bir şey yoxdur".
Qeyd edək ki, Rusiya mətbuatı Markonun Premyer Liqa klublarının maraq dairəsində olduğu barədə xəbər yayıb.