La Liqada ən yaxşı adına namizədlər bəlli olub
21.11.2024 - 00:41
La Liqada ən yaxşı adına namizədlər bəlli olub

La Liqada noyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, mükafat uğrunda 5 futbolçu yarışacaq.

Bunlar Vinisius Junior, Dani Olmo, Takefusa Kubo, Amau Martinez və Ciuliano Simyonedir. Qalibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, ötən ayın ən yaxşı oyunçusu “Barselona”nın hücumçusu Robert Levandovski seçilib.

writer photo
Əlirza Əlirzalı
0