Avropa çempionatında iki qələbə
13.11.2023 - 13:04
Avropa çempionatında iki qələbə

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. 57 kq çəkidə Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bəbirov rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pears Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.

Cəlal Qurbanov (63,5 kq) da Avropa çempionatın qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.

Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 7 boksçusu mübarizəyə qoşulacaq.

writer photo
Əlirza Əlirzalı
0