Leaoya daha bir müştəri
14.12.2022 - 17:25
Leaoya daha bir müştəri

Portuqaliya millisinin və “Milan”ın futbolçusu Rafael Leao daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” hücumçunun xidmətində maraqlıdır.

Forvardın İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Tərəflər yeni anlaşma barədə razılıq əldə etməyib. Bu, “Mançester Yunayted”in Leaonun transferi üçün danışıqlara başlamasına təkan verəcək.

Qeyd edək ki, Leaonun çıxış etdiyi Portuqaliya millisi DÇ-2022-də 1/4 finalda mübarizəni dayandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0