46986,33 əmsallıq KUPONU SATDI
28.12.2022 - 17:00
46986,33 əmsallıq KUPONU SATDI

Bukmeker kontorlarında növbəti böyük əmsallı kupon qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, keniyalı proqnozsevərin ekspress kuponu yaddaqalan olub.

O, cəmi 7 oyuna proqnoz verib. Amma bu kuponun əmsalı 46986,33-ə bərabər olub.

Better 20 Keniya şillinqi (28 qəpik) ilə mərc edib. Onun mümkün uduşu 935 min 121,90 şillinqə (12 min 893 manat) bərabər olub.

Amma matçların gedişində bukmeker kontorundan təklif alan müştəri kuponunu 1860 şillinqə (25,64 manat) satıb. Qarşılaşmaların yekunu onun yanılmadığını göstərib. İki görüş onun təxmini ilə üst-üstə düşməyib.


 

writer photo
Əlirza Əlirzalı
0