Konfrans Liqasının "AZ Alkmaar" - "Legiya" matçı qalmaqallarla zəngin olub.
Apasport.az xəbər verir ki, matç başlamazdan əvvəl stadiona biletsiz daxil olmaq istəyən Varşava klubunun azarkeşləri ilə yerli polis arasında qarşıdurma yaranıb.
Matç bitdikdən sonra Polşa klubunun futbolçuları və nümayəndə heyəti saatlarla stadionda gözlədilib, bu da ciddi narazılığa səbəb olub.
Futbolçular avtobusa minərkən vəziyyət nəzarətdən çıxıb və Polşa klubunun sahibi Dariuş Mioduski və fiziki hazırlıq üzrə məşqçi döyülüb. Daha sonra polis "Legia"nın iki futbolçusunu - yarımmüdafiəçi Josue və müdafiəçi Radovan Pankovu həbs edib.
Hətta iş o yerə çatıb ki, polşa hökuməti vəziyyətə müdaxilə etməli olub. Polşanın baş naziri Mateuş Moravyeçki “Legiya” futbolçularına qarşı bu cür rəftarın qəbuledilməz olduğunu deyərək, niderlandlı həmkarından kömək istəyib.
Qeyd edək ki, oyun “AZ Alkmaar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.