"İpsviç Taun" "Arsenal"ın hücumçu ilə maraqlanır
07.05.2024 - 21:46
İngiltərə Premyer Liqasına qayıdan "İpsviç Taun" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub "Arsenal"ın hücumçusu Eddi Nketiya ilə yaxından maraqlanır. 24 yaşlı futbolçunun "topçular"la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ingiltərəli forvardı 30 milyon avro məbləğində dəyərləndirib.
Bu mövsüm Eddi Premyer Liqada çıxdığı 27 oyunda, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0