İtaliya “Yuventus”undan sonra İngiltərə “Mançester Siti”si də maliyyə fırıldağında ittiham olunur.
Apasport.az saytı xəbər verir ki, iddialar sübut yetirilərsə komanda xalların silinməsi və ya Premyer Liqadan kənarlaşdırma ilə canını qurtara bilməyəcək.
“Mançester Siti” ilə bağlı məsələyə baxacaq müstəqil komissiya klubu çempionat matçlarında iştirakdan uzaqlaşdırsa, liqa rəhbərliyinə bəzi matçların təkrar keçirilməsini tövsiyə edə və təzminat təyin edə bilər. Həmçinin, komissiya bəzi futbolçuların qeydiyyatını ləğv etmək hüququna da malikdir. Bundan əlavə, dəymiş zərərin ödənilməsinə yönəldiləcək şərti cəza və ya cərimə də mümkündür.
Qeyd edək ki, cari mövsümün sonuna qədər məhkəmə prosesi başa çatmasa “Mançester Siti”də xalların silinməsi prosesi növbəti mövsümdə həyata keçiriləcək.