Lempard yenidən “Çelsi”də
06.04.2023 - 16:37
Lempard yenidən “Çelsi”də

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

44 yaşlı mütəxəssis müvəqqəti baş məşqçi təyin olunub. O, mövsümün sonuna qədər bu postu tutacaq. Lempard istefaya göndərilən Qrem Potteri əvəzləyib.

Qeyd edək ki, mütəxəssis 2019-21-ci illərdə də “Çelsi”nin baş məşqçisi olub.

writer photo
Əlirza Əlirzalı
0