“Lester” istefadan niyə çəkinir?
19.09.2022 - 22:11
“Lester”in Brendan Rocersi istefaya göndərməkdə üzləşdiyi problem bəlli olub.
Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssislə yollarını ayırmaq İngiltərə klubu böyük məbləğdə kompensasiyadan çəkinir.
Onun istefası kluba baha başa gələcək. Əgər Rocers göndərilsə, ona 11,5 milyon avro ödənilməlidir. Çünki mütəxəssisin müqaviləsinin üç ili qalıb.
Qeyd edək ki, “Lester” rəhbərliyi baş məşqçi postuna “Brentford”un çalışdırıcısı Tomas Frenki gətirməyi planlaşdırır.
0
0