“Lids”də yeni müdafiəçi
03.01.2023 - 17:29
“Lids”də yeni müdafiəçi

“Lids” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Maksimilian Veber “Zalsburq”dan transfer olunub. 24 yaşlı müdafiəçi “Lids”ın qış transfer pəncərəsində aldığı ilk oyunçudur.

Onunla 4,5 illik müqavilə imzalanıb. Maksimilian 2027-ci ilin yayına qədər “Lids”in şərəfini qoruyacaq. O, həftəsonu kubokun “Kardiff”lə görüşündə debüt edə bilər.

Qeyd edək ki, Avstriya millisində 13 oyun keçirən futbolçu “Zalsburq”dakı 125 matçda 9 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0