Linqard Fransa klublarına təklif olundu
26.12.2023 - 11:57
Linqard Fransa klublarına təklif olundu

“Mançester Yunayted”in sabiq futbolçusu Cessi Linqard karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, onun xidmətləri Liqa1 klublarına təklif olunub.

Bu komandalar arasında “Lill” də yer alıb. Onun Səudiyyə Ərəbistanına keçidi alınmadığından hələ də klubsuzdur. Keçidin baş tutmamasına həmin klubun legioner limitini doldurması səbəb olub.

Qeyd edək ki, Linqardın son klubu “Nottinhem Forest” olub. O, ötən mövsümün sonunda bu klubdan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0