Kapitanın 150-ci oyunu
08.08.2022 - 11:25
Kapitanın 150-ci oyunu

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.

“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.
 

writer photo
Əlirza Əlirzalı
0