Niko Uilyams “Brayton”un hədəfində
30.09.2023 - 13:01
Niko Uilyams “Brayton”un hədəfində

“Atletik”in futbolçusu Niko Uilyams karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu “Brayton”un hədəfinə düşüb.

İngiltərə klubu 21 yaşlı ispaniyalını heyətinə qatmağı planlaşdırır. “Brayton” rəhbərliyi keçidi qışda həll etmək niyyətindədir.

Qeyd edək ki, Niko cari mövsümün 4 oyununda 4 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0