Rəşad Sadıqov: "Matç barədə danışmaq çox çətin və ağırdır" - VİDEO
22.08.2024 - 23:39
Rəşad Sadıqov: "Matç barədə danışmaq çox çətin və ağırdır" - VİDEO

"Matç barədə danışmaq çox çətin və ağırdır". 

Apasport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.

R. Sadıqov 0:6 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib: "Matç barədə danışmaq çox çətin və ağırdır. Futbolda belə oyunlar olur. Hansı ki, rəqibin meydanda hər istədiyi alınır, amma səninki yox. Rəqib cərimə zərbəsindən vurduğu qolla başladı. Daha sonra qapımıza gözlənilməz penalti təyin olundu. İlk hissənin son dəqiqəsində buraxdığımız qoldan sonra nəyisə dəyişmək çətin idi. 6 qoldan 4-nü standart vəziyyətlərdən buraxmışıq".

writer photo
Əlirza Əlirzalı
0