“Səudiyyə Ərəbistanına getməyə çox yaxın idim”.
Apasport.az xəbər verir ki, bunu Argentina millisinin futbolçusu Lionel Messi deyib.
Hazırda ABŞ-nın “İnter Mayami” klubunun şərəfini qoruyan 36 yaşlı hücumçu yayda PSJ-dən ayrıldıqdan sonra gələn təkliflərdən danışıb: “Barselona”ya qayıtmağı özüm də istəyirdim. Ancaq danışıqlardan müsbət nəticə əldə olunmadı. Səudiyyə Ərəbistanına getmək şansım isə real idi. Hətta ərəblərdən konkret və yüksək məbləğli təkliflər də almışdım. Ancaq ailəmlə danışdıqdan sonra Amerikaya getməyi seçdim”.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından Mayami klubunda forma geyinir.