Liqa 1-də yeni rekord
27.11.2023 - 12:37
Liqa 1-də yeni rekord

“Nitsa” Fransa Liqa 1-in tarixinə düşüb.

Apasport.az xəbər verir ki, Françesko Fariolinin komandası Liqa I tarixində ilk 13 turun heç bir matçında hesabda geri düşməyən ilk komanda olub.

“Nitsa” dünən baş tutan son turun ev matçında “Tuluza” üzərində 1:0 hesablı qələbə qazanıb. Bununla da komandanın vəziyyəti daha da yaxşılaşıb. Bu, komandanın cari mövsüm ümumilikdə qol buraxmadığı 10-cu matç olub.

Qeyd edək ki, “Nitsa” çempionatda hazırda lider PSJ-dən 1 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0