“Liverpul” 115 milyon avro təklif etsə də...
07.09.2023 - 23:28
“Liverpul” 115 milyon avro təklif etsə də...

“Liverpul”un Bruno Gimarayeşi transfer cəhdi uğursuz olub.

Apasport.az saytı xəbər verir ki,  mersisaydlılar bu keçid üçün 115 milyon avro ödəməyə hazır olublar.

Hər şey “Liverpul”un Moyses Kaysedonu transfer edə bilməməsindən sonra baş verib. Ekvadorlu futbolçunun “Çelsi”yə keçməsi liverpulluları digər variantı nəzərdən keçirməyə vadar edib. Amma “Nyuksal”la danışıqlar uğurlu yekunlaşmayıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçinin “Nyukasl”la 2026-c ilədək müqaviləsi var. 
 

writer photo
Əlirza Əlirzalı
0