“Qarabağ”la “75”ə doğru
13.02.2023 - 22:38
“Qarabağ”la “75”ə doğru

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” oyunu yubiley qələbəsi ilə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda qalib ayrılsa, Azərbaycan klublarının avrokuboklarda 75-ci ev qələbəsi qeydə alınacaq.

Qitə səhnəsinə 1994-cü ildə çıxan təmsilçilərimiz indiyədək 74 dəfə doğma divarlar arasında sevinib. 210-cu sınaq “75”ə çatmaqla nəticələnə bilər.

Qeyd edək ki, “Qarabağ” – “Gent”  görüşü fevralın 16-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0