"Liverpul" Kloppun yerinə başqa alman məşqçi təyin edə bilər
30.03.2024 - 17:21
"Liverpul" Kloppun yerinə başqa alman məşqçi təyin edə bilər

"Liverpul" yayda klubu tərk edəcək Yurgen Kloppun yerinə yeni baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az "The Athletic"ə istinadla xəbər verir ki, mersisaydlılar almaniyalının yerinə "Bavariya"nın da maraqlandığı Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmanı təyin edə bilər.

Xatırladaq ki, “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Liverpul”u çalışdırmaqdan imtina edib. 

Qeyd edək ki, Klopp daha əvvəl mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. 
 

writer photo
Əlirza Əlirzalı
0