Pike baş məşqçini istefaya göndərdi
27.03.2024 - 10:59
La Liqa 2-də çıxış edən "Andorra"nın sahibi, "Barselona"nın sabiq müdafiəçisi Jerard Pike komandanın baş məşqçisi Eder Sarabianı istefaya göndərib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar komandanın qeyri-qənaətbəxş nəticələrinə görə verilib. Hazırda "Andorra" turnir cədvəlində sonuncu pillədədir.
Sarabia 2021-ci ildən komandanın baş məşqçisi vəzifəsində çalışır. Pike isə 2018-ci ildə "Andorra"nın sahibi olub.
0
0