Uels millisinin sabiq futbolçusuna Azərbaycandan təklif
30.06.2022 - 09:00
Uels millisinin sabiq futbolçusuna Azərbaycandan təklif

Uels millisinin sabiq futbolçusu Neyl Teylor karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa təmsilçimizin maraq dairəsindədir. Lakin həmin klubun adı açıqlanmayıb. Teylorun Azərbaycanla yanaşı, Hindistan və Türkiyədən də təklifləri olduğu vurğulanıb.

Son mövsümü “Midlsbro”da keçirən təcrübəli oyunçunun İngiltərə klubu ilə müqaviləsi başa çatdığından, hazırda azad agent statusu daşıyır. O, eyni zamanda “Ridinq”in də transfer siyahısındakı alternativlər sırasındadır.

Qeyd edək ki, karyerası ərzində “Suonsi” və “Aston Villa”dakı çıxışı ilə tanınan Neyl Teylor 2010-2019-cu illərdə Uels yığmasının şərəfini qoruyub.

writer photo
Əlirza Əlirzalı
0