Lukakudan böyük tələb
15.06.2023 - 13:00
Lukakudan böyük tələb

Romelu Lukakunun Səudiyyə Ərəbistanı klubunun qarşısına qoyduğu şərt bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin hücumçusu “Əl-Hilal”dan illik 90 milyon avro maaş tələb edib.

Asiyalılar 30 yaşlı forvarda 20 milyon maaş təklifi irəli sürüb. Klub rəhbərliyi “Çelsi” ilə danışıqlara başlamaq niyyətində olsa da, belçikalının şərt qoyması onları fikrindən daşındırıb.

Qeyd edək ki, Romelu ötən mövsümü icarə əsasında “İnter”də keçirib.

writer photo
Əlirza Əlirzalı
0