"Liverpul" Tiaqo ilə yollarını ayırır
26.09.2023 - 10:57
"Liverpul" Tiaqo ilə yollarını ayırır

"Liverpul" yanvarda daha bir futbolçu ilə yollarını ayıracaq.

Apasport.az saytı xəbər verir ki, “qırmızılar” yarımmüdafiəçi Tiaqo Alkantaranı satmağa hazır olduqlarını açıqlayıblar.

32 yaşlı futbolçu baş məşqçi Yurgen Klopun yeni mövsüm üçün planlarına daxil deyil. Mersisayd təmsilçisi qış transfer pəncərəsində İspaniya millisinin üzvünə gələcək təklifləri geri çevirməyəcək. 

“Qeyd edək ki, 2020-ci ildə “Bavariya”dan heyətə cəlb olunan Tiaqonun klubla müqaviləsi mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0