"Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq
14.03.2024 - 17:31
"Liverpul" və "Bavariya" "Fulhem"li üçün mübarizə aparacaq

"Fulhem"in yarımmüdafiəçisi Joao Paqlinya yay "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər.

Apasport.az "Todofichajes" nəşrinə istinadla məlumat verir ki, 28 yaşlı portuqaliyalı üçün "Liverpul" və "Bavariya" mübarizə aparacaq.

Nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri portuqaliyalını 60 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə Joao Paqlina 29 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0