“Liverpul”da iki zədəli
24.12.2022 - 10:16
“Liverpul”da iki zədəli

“Liverpul” iki itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Yurgen Klopp açıqlayıb.

O bildirib ki, Roberto Firmino və Ceyms Milner növbəti iki oyunu buraxacaq. Hər iki futbolçu zədədən əziyyət çəkir.

Onlar “Lester” və “Aston Vllla” ilə Premyer Liqa görüşlərindən kənar qalacaq. Bu matçlar dekabrın 26-da və 30-da baş tutacaq.

Qeyd edək ki, zədədən sonra bərpa olan Trent Aleksander-Arnold və Aleks Oksleyd-Çemberlen, həmçinin yığmadan qayıdan Vircil van Deyk artıq komanda ilə məşq edir və meydana çıxa bilər.
 

writer photo
Əlirza Əlirzalı
0